Azərbaycanla Macarıstan arasında Ermənistanla bağlı əvvəlcədən diplomatik məsləhətləşmə aparılıb

Azərbaycanla Macarıstan arasında Ermənistanla bağlı əvvəlcədən diplomatik məsləhətləşmə aparılıb
# 01 dekabr 2022 23:58 (UTC +04:00)

“Azərbaycan Ermənistan və Macarıstan arasında diplomatik münasibətlərin bərpa ediləcəyi barədə əvvəlcədən məlumatlandırılıb”.

APA-nın xəbərinə görə, bu barədə Azərxəbər.az Telegram kanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Xəbərə görə, bu məsələ barəsində Azərbaycanla Macarıstan arasında əvvəlcədən diplomatik məsləhətləşmələr aparılıb.

“Azərbaycan tərəfi prosesin gedişi barədə tam məlumatlı olub. Azərbaycan və Macarıstan arasında sıx dostluq və etimada əsaslanan əsl tərəfdaşlıq münasibətləri var” deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 1-də Lodz şəhərində ATƏT Nazirlər Toplantısı çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyyarto arasında görüş olub. Həmin görüşdə Macarıstanla Ermənistan arasında diplomatik münasibətlərin bərpasına dair razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR