Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur 

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur 
# 23 dekabr 2021 09:25 (UTC +04:00)

Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, bu məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dünən keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub. Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.

Bu saziş tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsindən sonra tərəflərdən hər hansı birinin sonuncu yazılı bildirişi aldıqdan 30 gün sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR