Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
# 30 dekabr 2021 12:25 (UTC +04:00)

Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.
Bu saziş tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsindən sonra tərəflərdən hər hansı birinin sonuncu yazılı bildirişi aldıqdan 30 gün sonra qüvvəyə minəcək.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR