Azərbaycanlı deputat AŞPA-da Laçın yolu ilə bağlı iddialara cavab verib

Azərbaycanlı deputat AŞPA-da Laçın yolu ilə bağlı iddialara cavab verib
# 26 yanvar 2023 23:59 (UTC +04:00)

Laçın yolu açıqdır, son iki ayda mindən çox nəqliyyat vasitəsi yoldan keçib. Bunların arasında Rusiya sülhməramlıları, Beynəlxalq Qızıl Xaç Komitəsi və mülki ermənilərə aid maşınlar olub.

APA-nın London müxbiri xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov Laçın yolundakı vəziyyətin müzakirəsi zamanı deyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini icra etmir, vədini yerinə yetirmir.

Kamal Cəfərov çıxışında Ruben Vardanyanın Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə gəldiyini xatırladıb və əlavə edib ki, bu, siyasi plandır: "Onun birinci məqsədi iki ölkə arasında sülh prosesinə zərbə vurmaq və yerli ermənilərlə qurulmuş əlaqələri zədələməkdir. İkinci missiyası isə Paşinyanın yerinə gələrək Baş nazir olmaqdır. Bu hazırda gedən informasiya manipulyasiyasının digər səbəblərindən biridir".

O, çıxışında Ermənistan tərəfindən basdırılmış minaların partlayışı nəticəsində həyatını itirən və xəsarət alan yüzlərlə insanın olduğunu Assambleya üzvlərinə xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR