Bakıda 15 iyul hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Bakıda 15 iyul hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilib  - FOTO
# 15 iyul 2022 14:53 (UTC +04:00)

Yunis Emre İnstitutunda 2016-cı il 15 iyulda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycanın hökumət, səfirlik, mədəniyyət və ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın dövlət çevrilişinə cəhd zamanı millət olaraq birliyin vacibliyini diqqətə çatdırıb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev isə sözügedən çevriliş cəhdinin türk xalqını sarsıda bilmədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR