Bakıda Almaniyanın Birləşməsi Günü qeyd olunub - FOTO

Bakıda Almaniyanın Birləşməsi Günü qeyd olunub - FOTO
# 03 oktyabr 2022 22:19 (UTC +04:00)

Bakıda Almaniyanın Birləşməsi Günü qeyd olunub.

APA xəbər verir ki, Milli Günə həsr olunmuş tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann çıxış edib.

Diplomat bu günün Almaniyanın tarixində böyük əhəmiyyət kəsb etdiyi vurğulayıb.

O, çıxışında Rusiya Ukrayna müharibəsinə toxunub.

Onun sözlərinə görə, bu gün Ukrayna çətin günlər yaşayır ancaq Almaniya və digər müttəfiqləri Ukraynanı bu mübarizəsində dəstəkləyir.

“Almaniya və Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində eyni mövqeni bölüşürlər və mən buna çox şadam”, - deyə alman diplomat deyib.

Almaniya səfiri deyib ki, bu il onun ölkəsi və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur.

“Növbəti 30 ildə də əlaqlərimizi daha da inkişaf etdirəcəyik. Xüsusi ilə bu enerji, ticarət, mədəniyyət və digər sahələrdə olacaq”.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov iki ölkə arasında qarşılqlı faydalı əməkdaşlığın olduğunu və bunun hər iki ölkənin maraqlarına xidmət etdiyini deyib.

“Azərbaycan hökuməti Almaniya ilə hər zaman xüsusi əməkdaşlığa, yüksək səviyyəli münasibətlərə önəm verib. Bu gün Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır”.

O, əlavə edib ki, ölkələr arasında münasibətlər ikitərəfli və çoxtərəfli əsasda müxtəlif sahələrdə inkişaf edib.

Bu ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 670 milyon dollara çatıb. Onun sözlərinə görə, Azərbaycan və Almaniya enerji sektorunda mühüm tərəfdaşlardır. Xüsusilə, Avropa İttifaqı həmişə SGC-ni dəstəkləyib.

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerjinin inkişafı istiqamətində işlər aparılır ki, bu da onun Avropaya ixracına imkan verəcək”, - deyə azərbaycanlı nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR