Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
# 27 iyun 2022 10:50 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü başa çatıb.

APA xəbər verir ki, Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi imzalanıb.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varanklı, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak ediblər.

***

09:03

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü keçirilir.

APA xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir.

İclas başlamazdan öncə nazirlər birgə foto çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR