Bakıda "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi keçirilib - FOTO

Bakıda "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi keçirilib - FOTO
# 29 mart 2023 16:29 (UTC +04:00)

Bu gün Bakıda "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi keçirilib.

APA xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qo Min ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib:

"Bu gün belə bir tədbirin baş tutması Azərbaycan və Çin xalqları arasında dərin tarixə malik olduğunu nümayiş etdirir. Azərbaycan və Çin arasında möhkəm dostluq əlaqələrinin olması, xalqlarımız arasında münasibətlərin inkişafı üçün hər iki ölkə rəhbərliyi qətiyyətli addımlar atır. Çin və Azərbaycan arasında möhkəm dostluğun daimi yaşadılması üçün şübhəsiz ki, mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi və bu tip tədbirlərin keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR