Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı PA-nın iclası keçiriləcək

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı PA-nın iclası keçiriləcək
# 25 aprel 2022 12:37 (UTC +04:00)

May ayında Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) iclası keçiriləcək.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

Səfir İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana dəvət olunduğunu vurğulayıb.

“İclasa təşkilata üzv ölkələrin parlament sədrləri dəvət olunub. İranın da parlament sədri Azərbaycana dəvət olunub. Biz gözləyirik ki, İran parlamentinin nümayəndə heyəti də yüksək səviyyədə həmin iclasda təmsil olunacaqlar”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR