Bakıda Pakistanın Milli Günü qeyd edilib

Bakıda Pakistanın Milli Günü qeyd edilib
# 23 mart 2023 10:49 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfirliyi bu ölkənin Milli Günü ilə əlaqədar tədbir təşkil edib.

APA xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee tədbirdə çıxış edib və bu günün əhəmiyyətini vurğulayıb.
Daha sonra Pakistanın dövlət himni sədaları altında ölkənin bayrağı qaldırılıb.

“Azərbaycan və Pakistanı qardaşlıq münasibətləri bağlayır”, - deyən səfir jurnalistlərə açıqlamasında iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb:

"Bu gün Pakistan üçün çox mühüm bir gündür, pakistanlıları birləşdirən gündür. Martın 23-də biz, suverenlik əldə etdik, hər il bu günü ehtiramla qeyd edirik”.

Diplomat Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib: “Fərqi yoxdur Kəşmir və ya Qarabağ, iki qardaş ölkə beynəlxalq arenada həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR