Bakıda Qoşulmama Hərəkatının gənclər qolunun sammiti keçiriləcək

Bakıda Qoşulmama Hərəkatının gənclər qolunun sammiti keçiriləcək
# 13 iyun 2022 17:34 (UTC +04:00)

Bakıda Qoşulmama Hərəkatının gənclər qolunun sammiti keçiriləcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

O deyib ki, dünyanın gənc nəslinin böyük faizi inkişafda olan ölkələrdə yaşayır və bu ölkələr Qoşulmama Hərəkatının üzvüdür.

Nazir müavini bu gəncliyin müxtəlif çətinliklərlə üzləşdiyini və COVID-19 pandemiyası ilə vəziyyətin daha da mürəkkəbləşdiyini xatırladıb. O, bu dönəmdə QH-nin rolunu vurğulayıb və qeyd edib ki, təşkilata bu ölkələrə dəstək verməyə çalışıb.

“Azərbaycan BMT-nin hədəflərini, xüsusilə də gənclərlə bağlı hədəflərini dəstəkləyir”, - nazir bildirib.

Elnur Məmmədov vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu təşkilatın gənclik qolunu yaradıb və bu, qlobal səviyyədə gənclər arasında şəbəkənin yaranmasına imkan verir: “İyulda QH-nin Gənclik Təşkilatının sammiti keçiriləcək. Bu sammitə BMT baş katibinin videomüraciəti olacaq”, - nazir müavini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR