Baş konsulluq: İstanbulda partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

# 14 noyabr 2022 12:30 (UTC +04:00)

Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur.

APA xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun yaydığı məlumatda deyilir.

“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i xarici vətəndaşlardır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, - konsulluqdan bildirilib.

Bu gün Baş konsul Nərminə Mustafayeva hadisə yerinə gedib. O, terror qurbanlarının xatirəsini anıb, gül dəstələri düzüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR