Baş nazir: "Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur"

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif

© APA | Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif

# 27 may 2022 20:03 (UTC +04:00)

"Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur".

APA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

"Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır", deyə Baş naziri Şahbaz Şərif vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR