Baş nazir: Türkiyənin zəlzələ bölgəsinə yardımın göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

Əli Əsədov, Baş nazir

© APA | Əli Əsədov, Baş nazir

# 06 fevral 2023 10:38 (UTC +04:00)

Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR