Baş nazirin müavini: “Azərbaycan Cənubi Qafqazda Latviyanın əsas strateji tərəfdaşıdır”

Milli Məclisdə Latviya Baş nazirinin müavini il görüş

© APA | Milli Məclisdə Latviya Baş nazirinin müavini il görüş

# 27 aprel 2022 15:51 (UTC +04:00)

“Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın əsas strateji tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

Artis Pabriks Azərbaycanın Latviya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və Azərbaycanın öz ərazilərini azad etməsi münasibətilə bir daha təbriklərini çatdırıb. O, ticarət, investisiya, təmiz enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin minalardan təmizlənməsi, iki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. Nazir Latviya-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərin özünəməxsus rolunu qeyd edib, ölkəsinin bundan sonra da beynəlxalq təşkilatlarda Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR