Baş Prokuror Britaniya səfiri ilə Londonda səfirlik binasına hücum faktını müzakirə edib

Baş Prokuror Britaniya səfiri ilə Londonda səfirlik binasına hücum faktını müzakirə edib
# 10 avqust 2022 16:46 (UTC +04:00)

Baş prokuror Kamran Əliyevlə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp arasında bu gün keçirilən görüşdə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib. Xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR