Bayden: “ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır”

Co Bayden

© APA | Co Bayden

# 20 may 2022 20:26 (UTC +04:00)

“ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır”

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik” – deyə məktubda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR