Bəhruz Məhərrəmov: “ABŞ Azərbaycanı güc mərkəzi kimi tanıyır”

Bəhruz Məhərrəmov, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

© APA | Bəhruz Məhərrəmov, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

# 01 iyun 2022 22:15 (UTC +04:00)

“ABŞ Prezidenti Cozef Bayden son iki həftədə artıq ikinci dəfə Azərbaycan Prezidenti lham Əliyevə məktub ünvanlaylr və hər iki məktubda Azərbaycanın regionda həlledici rolu qırmızı xətt kimi keçir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, təbii ki, əvvəlki dövrlərdə də Amerika liderləri Azərbaycana əlamətdar günlərlə bağlı protokol xarakterli məktublar yollayıb: “Lakin 44 günlük savaşdan sonra okeanın o tayından gələn məktublarda ritorika tamamilə yeni məna kəsb etməyə başlayıb. İlk növbədə ABŞ Azərbaycana transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş kimi yanaşdığını bəyan etməklə Azərbaycanın həm siyasi, həm də iqtisadi müstəqilliyə nail olmuş güc mərkəzi kimi tanıyır. İkincisi, Vaşinqton hazırkı dövrü dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsi hesab edir, ABŞ Prezidenti isə Azərbaycanın regionda bu sahədə lider rolunu açıq şəkildə dilə gətirməkdən çəkinmir. Diqqət etsək, Vaşinqton keçmiş sovet respublikaları və ümumiyyətlə keçmiş sosializm bloku üzvlərindən heç biri dövlət barədə eyni qənaəti bu günə qədər nə açıq, nə də dolayısı ilə dilə gətirməyib. Eyni zamanda, Bayden adminstrasiyası etiraf edir ki, Azərbaycan Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında həlledici dövlət, Prezident İlham Əliyev isə regional və qlobal enerji bazarlarının sabitləşdirilməsi baxımından açar şəxsiyyətdir. Burada bir məqama diqqət etməliyik ki, bu kifayət qədər müsbət mənada radikal mövqedir, daim bizə qarşı mənfi mənada radikallıqla yanaşan Demokratlar adminstrasiyasından ifadə olunur”.

Deputat qeyd edib ki, son məktubda Cozef Bayden demokratların daim yerli-yersiz ciddi arqument kimi istifadə etdikləri insan haqları mövzusuna da ilk dəfə olaraq ədalətli prizmadan baxış təqdim edir: “ABŞ Prezidenti açıq və birbaşa mətnlə ifadə edir ki, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Hesab edirəm ki, bu məzmun, daha doğrusu ABŞ adminstrasiyasının Prezident İlham Əliyevin səy və addımlarını alqışlaması mütəmadi olaraq Qərbdən gələn məktub və bəyanatların arxasında gizlənən Azərbaycan daxilindəki radikal kəsim üçün də ciddi xəbərdarlıq hesab olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR