Bəhruz Məhərrəmov: Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasət kursu Avrasiya İqtisadi Birliyi üçün şansdır

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 25 may 2023 22:55 (UTC +04:00)

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin toplantısında qonaq qismində iştirakı Prezident İlham Əliyevin yaratdığı yeni reallığın inikasıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, əslində iki gün öncə Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bu reallığı aydın formada ifadə etmiş və bildirmişdi ki, "Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb və beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır". Onun sözlərinə görə, bu ifadə əslində üzv olmasa belə, Azərbaycanın Birliyin toplantısında iştirakının kökündə dayanan amildir: “Ümumiyyətlə, Birliyin üzv ölkələrinin iqtisadi sistemi üçün Azərbaycan adı yad deyil. Ermənistan istisna olmaqla, bu ölkələrin hər birinin iqtisadiyyatında Azərbaycan bu və ya digər formada paya və rola malikdir, ikitərəfli əsaslarda həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Digər tərəfdən, Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasət kursu, Şərq və Qərb arasında qütbləşmənin dərinləşdiyi bir vaxtda əslində Avrasiya İqtisadi Birliyinin özü üçün şansdır”.

Deputat vurğulayıb ki, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı, müstəqil xarici siyasəti Bakıya istənilən xarici təsiri istisna edir: İqtisadi Birliyin hər bir üzvü əmindir ki, Azərbaycan öhdəliklərinə sadiq, Prezident İlham Əliyev isə güvənilir lider kimi əvəzsiz tərəfdaşdır: Bu baxımdan Azərbaycanın tədbirdə iştirakı Bakıdan çox İqtisadi Birliyin özünün marağındadır. Lakin Prezident İlham Əliyev bu əməkdaşlığın çərçivəsini dəqiq müəyyən edib və yalnız qonaq kimi iştirak edən Azərbaycanın bu təsisata üzvlüyü müzakirə mövzusu deyil. Ümumiyyətlə, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Belə bir halda Azərbaycan kimi ölkəyə hansısa təşkilat çərçivəsində əməkdaşlıq üçün üzvlük şərt deyil və Azərbaycan da üzv olmadığı platformalardan heç vaxt kənarda qalmır. Siyasi və iqtisadi suverenlik isə bu kimi platforma və formatlarda Bakıya sərbəst hərəkət imkanı verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR