Belarus səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

Belarus səfirliyi

© APA | Belarus səfirliyi

# 27 yanvar 2023 16:00 (UTC +04:00)

“Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının həlak olması ilə bağlı başsağlığı veririk”.

APA xəbər verir ki, bu barədə Belarusun ölkəmizdəki səfirliyinin “Twitter” hesabında bildirilib.

“Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə və İranda həlak olan əməkdaşın yaxınlarına başsağlığı verir, həmçinin yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır”, – qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR