Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək
# 13 yanvar 2023 22:38 (UTC +04:00)

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də İrqi Diskriminasiyanın Bütün Formalarının aradan qaldırılması ilə bağlı Konvensiya üzrə (Azərbaycan Ermənistana qarşı işində) Azərbaycanın təqdim etdiyi müvəqqəti tədbirlərə dair sorğu ilə bağlı ictimai dinləmələr keçirəcək.

APA Beynəlxalq Ədalət Məhkəməsinin saytına istinadən xəbər verir ki, dinləmələr Sülh Sarayında keçiriləcək.

Dinləmələrdə diplomatik nümayəndəliklər və məhdud sayda ictimaiyyət nümayəndələri iştirak edəcək.

Dinləmələr iki dildə (ingilis və fransız dillərində) canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR