Beynəlxalq konfransın iştirakçıları Şahbulaq qalasında olub - FOTO - YENİLƏNİB

Beynəlxalq konfransın iştirakçıları Şahbulaq qalasında olub - FOTO  - YENİLƏNİB
# 26 noyabr 2022 15:01 (UTC +04:00)

Beynəlxalq konfransın iştirakçıları Ağdamda tarixi abidələrə baxış keçiriblər.

APA xəbər verir ki, qonaqlar, ilk olaraq, Şahbulaq qalasında olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra Pənahəli xan tərəfindən əsası qoyulan Şahbulaq qalasını erməniləşdirməyə çalışıblar.

***

12:49

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər ediblər.

APA xəbər verir ki, beynəlxalq ekspertlər Ağdamda səfərdədirlər.

Burada onlar bölgədə aparılan bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR