Binəli Yıldırım: “Azərbaycanın gələcəyi baxımından üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq”

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 15 iyun 2022 12:37 (UTC +04:00)

“Biz gördüyümüz hər işdə Azərbaycanın rifahı, Azərbaycan xalqının gələcəyi baxımından üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq”.

APA-nın xəbərinə görə, bunu Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım bildirib.

Binəli Yıldırım deyib ki, Qarabağ savaşında da 84 milyon türk qardaşınızın gözü, qulağı, qəlbi burada oldu: “Türkiyə Azərbaycana bu dönəmdə də dəstək verdi və Azərbaycan Qarabağ savaşında birmənalı Zəfər qazandı. Qurtuluş savaşında Anadolu torpaqlarının işğaldan azad edilməsindən müstəqil Türk dövlətlərinin qurulmasına gedən yolda canlarını fəda edən bütün şəhidlərimizə, Birinci və İkinci Qarabağ savaşında, Azərbaycanın istiqlal savaşında həyatını itirən bütün şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür diləyirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR