Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB
# 01 may 2023 21:26 (UTC +04:00)

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.

Laçın yolundakı vəziyyət də müzakirə olunub.

***

Saat 18:45

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

APA xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.

***

14:01

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc edilib.

Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistan XİN rəhbəri ilə, daha sonra isə Ceyhun Bayramovla görüşəcək.

Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş Bakı vaxtı ilə təqribən 17:45-də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR