Blinkenin köməkçisi: ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazırdır

Donfrid, Mirzoyan

© APA | Donfrid, Mirzoyan

# 09 dekabr 2022 19:16 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Karen Donfrid Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğu vurğulanıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi, eyni zamanda, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələlərinə toxunublar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Karen Donfridlə telefon danışığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR