BMT azad olunmuş torpaqlarda bərpa işlərinə dəstək vermək imkanlarını araşdırır - FOTO

Vladanka Andreeva

© APA | Vladanka Andreeva

# 27 oktyabr 2022 21:11 (UTC +04:00)

BMT Azərbaycana yenidənqurma və bərpa səylərində kömək imkanlarını araşdırmağa davam edəcək.

APA xəbər verir ki, bunu BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş “BMT Günü” tədbirində çıxışında təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında deyib.

O bildirib ki, bu il Azərbaycan və BMT tərəfdaşlığının 30 illiyi qeyd olunur.

Onun sözlərinə görə, bu illər ərzində BMT ilə Azərbaycan arasında əlaqələr humanitar yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa çevrilib.

BMT təmsilçisi deyib ki, Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinə dəstək olaraq təşkilat minalardan təmizlənmə, məcburi köçkünlərə, qadınlara qazanc əldə etməkdə dəstək, enerji səmərliliyi, təhsil sahəsində yardım göstərib.

O, Şuşada keçirilən konfransı xatırladaraq deyib ki, Azərbaycan və BMT arasında məhsuldar dialoq olub, ehtiyaclar öyrənilib.

“Bu il tərəfdaşımız ANAMA və BMT tərəfindən təşkil oluna beynəlxalq konfrans Bakıda keçirildi. Bu konfransda 37 ölkədən gələn ekspertlər öz tövsiyələrini vermiş, təcrübələrini bölüşmüşdü”,- deyə Vladanka Andreeva bildirb.

Xanım Andreeva deyib ki, BMT, Avropa Bankı və Dünya Bankı ilə birgə Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərinə dəstək vermək imkanlarını araşdırmağa davam edəcək.

Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov da çıxış edib.

O, BMT müharibələrin dayandırlmasından multilateralizmin gücləndirilməsinə, humanitar yardıma, inkişafa dəstəyə qədər müxtəlif sahələrdə səmərəli əməkdaşlıq üçün ölkləri bir araya gətirir.

“BMT ən yaxşı universal platformadır. Bu platforma dövlətlər arasında ən effektiv şəkildə əlaqləri, koordinasiyanı təmin edir”,- deyə o bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycan keçən 30 il ərzində təhlükəsizlik çətinlikləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhvə verən ölkəyə çevrilib.

“Azərbaycan BMT-nin güclü və etibarlı tərəfdaşı olub. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq sülhə və təhlükəsizliyə töhvə verib”,- deyə Elnur məmmədov bildirib.

O deyib ki, bu il BMT ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR