BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycana səfər edəcək

Maimunah Mohd Şərif

© APA | Maimunah Mohd Şərif

# 28 sentyabr 2022 17:25 (UTC +04:00)

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun səfərinin məqsədi 5-6 oktyabr tarixlərində Ağdam və Bakıda keçiriləcək 1-ci Milli Şəhər Forumunda iştirak etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR