BMT-nin rezident əlaqələndiricisi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva

© APA | BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva

# 27 yanvar 2023 13:15 (UTC +04:00)

"Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm".

APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Twitter"də bildirib.

"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm", BMT-nin Azərbaycandakı nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR