BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanla tərəfdaşlığı daha da gücləndirəcəyik

BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanla tərəfdaşlığı daha da gücləndirəcəyik
# 16 mart 2023 12:45 (UTC +04:00)

Bir il əvvəl martın 18-də bizim Şuşada ilk strateji dialoqumuz baş tutdu.

APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində keçirilən dəyirmi masada BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“O vaxt pandemiya və münaqişədən sonra bərpa işləri mövzusunda söhbət apardıq və beləliklə biz BMT ilə Azərbaycan arasında münasibətlərin 30-cu ildönümünü qeyd etdik. Beləliklə biz bir daha qeyd etdik ki, tərəfdaşlığı daha da gücləndirəcəyik. Biz artıq Azərbaycanın bu il üzvlüyünün 31-ci ildönümündəyik”, - Vladanka Andreyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda BMT-nin heyəti ötən il hansı işlər görüb: “Biz təxminən 37 milyon ABŞ dolları həcmində müxtəlif fəaliyyətlər üçün vəsaitlər sərf etdik. Biz Azərbaycan xalqı və hökuməti ilə geniş şəkildə inkişaf yolu ilə gedəcəyik. Xüsusilə gənclərə diqqət yetirərək onların bacarıqlarını genişləndirəcəyik”.

BMT-nin Rezident Əlaqələndiricisi, həmçinin, insan kapitalına yatırdılan sərmayələri davam etdirəcəklərini vurğulayıb: “Ətraf mühitin qorunması bizim prioritet siyahımızda yüksək yerlərdən birini tutur. O cümlədən gender bərabərliyi də var idi. Minalardan təmizlənmə bizim prioritet siyahımızda ilkin yerlərdən birini tutub. Biz hökumətə hansı dəstəyi göstərmək barədə düşünürük. Həmçinin həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramını da qiymətləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR