BMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi memorandum imzalayıb

BMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi memorandum imzalayıb
# 26 sentyabr 2022 15:55 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, Anlaşma Memorandumu Nyu-York şəhərində Mərkəzin həmsədri İsmayıllı Seragəldin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Angel Moratinos tərəfindən imzalanıb.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı cəmiyyətlər arasında körpülər qurmaq, dialoq və anlaşmanı təşviq etmək, cəmiyyətlər arasında artan fikir ayrılıqlarını aradan qaldırılması üçün kollektiv siyasi iradə yaratmaq və müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və dinlərə mənsub xalqlar arasında qarşılıqlı hörməti bərpa etmək, onları səfərbər olmağa ruhlandırmaq məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının təşəbbüsüdür.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanda yerləşən, dahi Azərbaycan şairi və müdrik Nizami Gəncəvinin irsini tərənnüm edən və dövrümüzün böyük problemlərinin mümkün həlli yollarının öyrənilməsində ali səviyyəli görkəmli şəxslərin iştirakını təşviq edən beynəlxalq qurumdur. Mərkəzin məqsədi xalqlar, mədəniyyətlər və millətlər arasında bilik, tolerantlıq, dialoq, anlaşmanı və müştərək cəmiyyətləri təşviq etməkdir.

Hər iki qurum Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi; Sosial inklüzivliyin təşviqi, ksenofobiya və nifrətlə mübarizə; Dini yerlərin mühafizəsi üzrə Birləşmiş Millətlər Təşkilatının Fəaliyyət Planının həyata keçirilməsi; Qarşılıqlı maraq doğuran iş sahələrində qabaqcıl təcrübə və biliklərin mübadiləsi; Müvafiq layihə və tədbirlərin dəstəklənməsi üçün institusional əməkdaşlıq; Gənclərə yönəlmiş layihələrin/təşəbbüslərin müəyyən edilməsi kimi istiqamətində birgə əməkaşlıq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR