“Azərbaycan-Ukrayna münasibətləri hər zaman yüksək səviyyədə olub”.
APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ilə bağlı sualı cavablandırarkən bildirib.
“Azərbaycanın Prezidentinin Ukraynaya səfəri sübut edir ki, Azərbaycana heç kim heç nə diktə edə bilməz”, - o vurğulayıb.