BMTM: Bu il Ermənistanla sülh sənədinin imzalanmasına nail ola bilməyəcəyik

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 14 yanvar 2022 12:31 (UTC +04:00)

“Ermənistan Zəngəzurdan dəmir yolu və avtomobil yolunun çəkilməsinə razılıq verib. Biz bu bunun reallaşmasına nail olmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasına razılıq verilmişdi: “Bu komissiyanın yaradılması və müvafiq sənədin imzalanması vacibdir. Bu il Ermənistanla hərtərəfli sülh sənədinin imzalanmasına nail ola bilməyəcəyik. Dəhliz və delimitasiya ilə bağlı müəyyən sənədlər imzalansa, bu, sülh sənədinin imzalanmasına yol açacaq”.

BMTM İdarə Heyətinin sədri qeyd edib ki, Ermənistanda əksər diplomatlar və erməni diasporu radikal mövqe tutur: “Biz diplomatik güc yolu ilə mina xəritələri məsələsinin keçən il həllinə nail ola bilmişik, keçən il may ayına qədər Ermənistan belə mina xəritələrinin mövcudluğunu inkar edirdi. İndi bizim məqsədimiz itkinlərlə bağlı məsələni gündəliyə salmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR