BMTM: Orta Asiyada Türkiyə-Rusiya deyil, Rusiya-Çin maraqları toqquşur

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 14 yanvar 2022 12:51 (UTC +04:00)

“Qazaxıstanla bağlı sosial şəbəkələrdə verilən şərhlər emosionaldır, Ermənistan və Rusiya mətbuatında isə bu hadisələri təhrif edən məqamları tirajlayırlar”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev deyib ki, Rusiyanın Türkiyəni Qazaxıstandan sıxışdırıb çıxarması haqqında iddialar irəli sürülür: “Qazaxıstanda proseslər sosial-iqtisadi məsələlərlə bağlı başlayıb. Burada Turan məsələsi yoxdur, Türkiyənin Orta Asiyada aktiv siyasəti də yoxdur. Oradakı hadisələrə bu prizmadan baxmaq yanlışdır. Orada Türkiyə-Rusiya rəqabətini şişirtmək bizim maraqlara ziddir. Düzdür, iki ölkə arasında rəqabət var. Ancaq Orta Asiyada daha çox Türkiyə-Rusiya deyil, Rusiya-Çin maraqları toqquşur”.

BMTM İdarə Heyətinin sədri qeyd edib ki, KTMT qoşunlarının Qazaxıstanda uzun müddət qalacağı barədə iddialar da əsaslı deyildi.

Fərid Şəfiyev Qazaxıstan hadisələrinsən sonra Ermənistanın müəyyən mənfəətlər əldə etməyə çalışdığını əlavə edib.

O deyib ki, Ermənistan Müdafiə Nazirliyində Nikol Paşinyana tabe olmayan insanlar var: “Onların da məqsədi KTMT qoşunlarını burada yerləşdirmək ola bilər. Amma mən Paşinyanın belə bir istək və qərarının olduğuna inanmıram. Yəqin ki, biz bu il sərhəd zonasında belə təxribatlar görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR