Bob Bləkmən: “Böyük Britaniya şirkəti Şuşa şəhərinin Baş Planının hazırlanmasında iştirak edir”

Bob Bləkman

© APA | Bob Bləkman

# 11 noyabr 2021 17:51 (UTC +04:00)

“Böyük Britaniya şirkəti Şuşa şəhərinin Baş Planının hazırlanmasında iştirak edir”.

APA-nın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bu gün keçirilən mətbuat konfransında bildirib.

Bob Bləkmən deyib ki, Böyük Britaniya qlobal iqtisadi siyasətini artıq sərbəst qurur: “Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra biz iqtisadi əlaqələrimizi Brüsseldən kənar sərbəst qururuq. Böyük Britaniya Azərbaycanla əlaqələri də daha da inkişaf etdirəcək”.

Lord Con Kilkloni isə qeyd edib ki, Azərbaycana 600-ə qədər Böyük Britaniya şirkəti sərmayə qoyub: “Azərbaycanın Böyük Britaniyadakı səfiri də bu sahədə çox fəaldır. Biz Avropa İttifaqının üzvü idik. Ancaq hər hansı bir qərarın verilməsi üçün hamını razı salmaq tələb olunurdu. Biz də Avropa İttifaqında olarkən Fransa kimi böyük dövləti razı salmalı idik. Bura Ermənistanla bağlı məsələ də daxil idi. İndi Böyük Britaniya dünya, o cümlədən Azərbaycanla daha sərbəst əlaqələr qura bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR