Bolqarıstan Baş nazirinin Azərbaycana səfəri təxirə salınıb

Bolqarıstan Baş nazirinin Azərbaycana səfəri təxirə salınıb
# 16 iyun 2022 14:02 (UTC +04:00)

Bolqarıstan Baş naziri Kiril Petkovun iyunun 16-da Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

APA xəbər verir ki, bu barədə “Bolqarıstan” radiosu məlumat yayıb.

Bolqarıstan hökumətinin açıqlamasında səfərin ləğv olunmasına səbəb kimi, parlamentdə ölkə büdcəsinə edilən dəyişikliklərin müzakirəsi və ali qanunverici orqanın spikeri Nikola Minçevə dəstək vermək üçün Baş nazirin şəxsən parlamentdə olması ilə əlaqələndirilib.

Kiril Petkov şəxsən Prezident İlham Əliyevə zəng edərək səfərin təxirə salındığını xəbər verib.

Kiril Petkov bu gün IX Qlobal Bakı Forumunda iştirak etməli, həmçinin, Bolqarıstana Azərbaycanın qazının tezliklə nəqli perspektivləri barədə müzakirələr aparmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR