Bolqarıstan Prezidenti: “Ümid edirəm ki, biz turist axınını gücləndirəcəyik”

Rumen Radev

© APA | Rumen Radev

# 30 sentyabr 2022 18:44 (UTC +04:00)

“Biz müzakirələrimizdə təkcə enerji məsələsi ilə kifayətlənmədik. Biz yeni imkanları, digər innovativ sahələrdə əməkdaşlıq imkanlarını axtaracağıq. Məsələn, informasiya texnologiyaları və süni intellekt”.

APA xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

O deyib ki, əlbəttə ki, hazırda bizim qarşımızda “yaşıl enerji”, karbon neytrallığı ilə bağlı müəyyən çağırışlar var:

“Bunun üzərində də çalışacağıq. Bununla yanaşı, biz gübrə istehsalını nəzərdə keçirdik. Bizim avtomobil və ehtiyat hissələrinin istehsalı sahələrində böyük potensialımız var. Biz bir yerdə, əl-ələ verərək bu sahələrdə də çalışa bilərik. Kənd təsərrüfatı, qida istehsalı, əczaçılıq da çox maraqlı sahələrdir.

Digər vacib sahələr elm, təhsil və mədəniyyətdir. Bununla biz xalqlar arasında təmasları, mübadiləni gücləndirə, iqtisadiyyat, sərmayə sahələrində əməkdaşlığımıza yeni perspektivlər əlavə edə bilərik.

Bu fürsətdən istifadə edərək Prezident Əliyevə təşəkkür etmək istərdim ki, o, öz vədinə sadiq qaldı və biz Bakıdan Sofiyaya birbaşa uçuşlar təşkil edirik. Ümid edirəm ki, biz turist axınını gücləndirəcəyik. İnanıram ki, pandemiya tam başa çatandan sonra bu uçuşlar fəal və intensiv olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR