Bolqarıstanın baş naziri əlavə qaz tədarükü ilə bağlı Azərbaycana səfər edəcək

Bolqarıstanın baş naziri əlavə qaz tədarükü ilə bağlı Azərbaycana səfər edəcək
# 20 iyul 2022 20:31 (UTC +04:00)

Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.

APA Bolqarıstan Milli Radiosuna (BNR) istinadən xəbər verir ki, məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan Prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR