Bolqarıstanın Baş naziri Heydər Əliyev Mərkəzini ziyarət edib

Bolqarıstanın Baş naziri Heydər Əliyev Mərkəzini ziyarət edib
# 22 iyul 2022 12:20 (UTC +04:00)

Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 22-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.

APA xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyində Ümummilli Liderin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. O, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.

Sonra qonaqlar dünyanın memarlıq inciləri sırasında olan və Bakının müasir rəmzinə çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektur özəllikləri barədə məlumatlandırılıb.

Mərkəzdəki Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub. Qeyd olunub ki, Muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir.

Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixinə və mədəni irsinə dair eksponatların nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıblar. Nümayəndə heyəti Mərkəzdə nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri ilə də tanış olublar.

Sonda Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR