Bolqarıstanın sabiq prezidenti Ukraynada Yaxın Şərq ssenarisinin təkrarlanma ehtimalı barədə xəbərdarlıq edib

Petar Stoyanov

© APA | Petar Stoyanov

# 11 mart 2023 10:40 (UTC +04:00)

"Heç kim bilmir ki, Ukraynada müharibə nə zaman bitəcək".

APA-nın xəbərinə görə, bunu X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Aİ kontekstində Qərbi Balkan regionu" adlı panel müzakirəsində Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

"İndi geosiyasi vəziyyət mürəkkəbdir, qeyri-müəyyəndir. Heç kim bilmir ki, Ukraynada müharibə necə olacaq, nə zaman bitəcək. Ən pis ssenaridə burada Yaxın Şərqdə baş verənlər təkrarlanacaq. Belə olan halda Aİ hansı qərarı verəcək, bunu bilmirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR