Boris Conson: “Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var”

Boris Conson

© APA | Boris Conson

# 16 iyun 2022 15:30 (UTC +04:00)

“Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik”.

APA xəbər verir ki, bu, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda öz əksini tapıb.

Baş nazir qeyd edib ki, Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var:

“Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR