Borrell: Azərbaycan-Aİ əməkdaşlığı daha da intensivləşib

Borrell: Azərbaycan-Aİ əməkdaşlığı daha da intensivləşib
# 19 iyul 2022 17:57 (UTC +04:00)

Əməkdaşlıq Şurasının 18-ci iclası Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin vəziyyətini nəzərdən keçirmək üçün yaxşı bir imkan oldu.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

“Biz Aİ-Azərbaycan münasibətlərini müzakirə etdik. Hazırkı vəziyyəti nəzərə alsaq, tərəfdaşlar arasında sıx təmas və siyasi dialoq çox vacibdir. Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Bizim əməkdaşlığımız daha da intensivləşib. Mən dünən Bakıda Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu xatırlatmaq istəyirəm. Bu bizə imkan verəcək ki, Azərbaycandan qaz idxalının həcmini iki dəfə artıraq. Bu, həmçinin gələcəkdə Aİ ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açacaq”, - Borrell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR