Borrell: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək vacibdir"

Cozep Borrell

© APA | Cozep Borrell

# 01 sentyabr 2022 15:36 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək vacibdir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

"Aİ Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək, humanitar və əlaqələnmə sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir", Borrell bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR