“Əminəm ki, bu səfərim əlaqələrimizin intensivləşməsində rol oynayacaq”.
APA-nın xəbərinə görə, bu barədə Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Sarayevo və Bakıda səfirliklərin açılması əlaqələri dərinləşdirəcək: “Turist səfərləri artacaq, xalqlarımız arasında təmaslar güclənəcək. Həmçinin mən Azərbaycana COVID-19-la mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Nazirin sözlərinə görə, investisiyalar azdır və bu sahədə əməkdaşlıq genişləndirilməlidir: “Məsafə iqtisadi əməkdaşlığı gücləndirməyə mane olmamalıdır. Ölkəmiz balacadır, ancaq potensialı böyükdür. Bu gün razılaşdıq ki, əməkdaşlıq üçün yeni müqavilələr imzalayaq”.