Britaniya Azərbaycanla enerji sahəsindəki əlaqələrin daha da genişlənəcəyinə ümid edir.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Twitter"də bildirib.
"Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında səslənən planlar enerji təhlükəsizliyinin təmini ilə bağlı ümidləri artırır. Biz Azərbaycan ilə enerji sahəsindəki əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirik", - səfir qeyd edib.