Britaniya minatəmizləmə əməliyyatlarına əlavə 500 min funt sterlinq ayırıb

Britaniya minatəmizləmə əməliyyatlarına əlavə 500 min funt sterlinq ayırıb
# 30 iyun 2022 14:51 (UTC +04:00)

“Böyük Britaniya hökumətinin regionda minaların təmizlənməsini dəstəkləmək üçün BMT-nin İnkişaf Proqramına (UNDP) əlavə 500 000 funt sterlinq ayırdığını elan etməkdən çox şadam”.

APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.

Səfir qeyd edib ki, bu region dünyanın minalar və partlamamış hərbi sursatlarla ən çirklənmiş bölgələrindən biridir:

“Və ən əsası son ayrılan vəsait ANAMA-nın ərazi təhlükəsizliyini təmin etməsi, xəsarətlərin qarşısını alması və insanların həyatının xilas etməsinə dəstək olmaq üçün mühüm təlim və mütəxəssis məsləhətlərini təmin edəcək. Böyük Britaniya bu regionun minalardan təmizlənməsinə verdiyi dəstək indi 1 milyon funt sterlinqdən artıqdır. Mənim səfirliyim burada, həmçinin, qadınlar, sülh və təhlükəsizlik gündəliyinə də dəstək verir. Və inanırıq ki, bizim dəstəyimiz həm də yaxın gələcəkdə qadın minatəmizləmə qrupunun yaradılmasına kömək etmək də daxil olmaqla, Azərbaycanda minalarla mübarizədə gender mövzusunu əsas götürəcək”.

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Ceyms Kleverli isə qeyd edib ki, Böyük Britaniyanın bu töhfəsi mülki həyat üçün riskləri azaldacaq və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR