Britaniya Parlamentinin qarşısında Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirilib - FOTO

Britaniya Parlamentinin qarşısında Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirilib - FOTO
# 21 yanvar 2023 20:05 (UTC +04:00)

Britaniya Parlamentinin qarşısında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora qarşı aksiya keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası tərəfindən təşkil olunan aksiyada diaspora üzvləri, Britaniya universitlərində təhsil alan azərbaycanlı tələbələr, türk diasporunun üzvləri və ingilislər iştirak ediblər.

Aksiya iştirakçıları “Ermənistanın Azərbaycandakı ekoloji terroruna son qoyun!”, “Ermənistanın Qafqazda ətraf mühiti məhv etməsinə son qoyun”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun” yazılan plakatlar tutublar.

Aksiya iştirakçıları həmçinin Ermənistanın yerləşdirdiyi minaların mülki şəxslərə qarşı yönəldiyinə də diqqət çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR