Britaniya səfiri: Ağdamda dağıntıları görmək çox ağırdır - FOTO

Britaniya səfiri: Ağdamda dağıntıları görmək çox ağırdır - FOTO
# 16 noyabr 2022 16:51 (UTC +04:00)

Böyük Britaniya səfiri Fergus Auld Ağdama səfər edib.

APA xəbər verir ki, o, bu barədə “Twitter”də paylaşım edib.

“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdı. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, - o yazıb.

Səfir daha sonra əlavə edib: "Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, Britaniyanın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər Böyük Qayıdışa dəstək göstərməyə davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR