Britaniya səfiri: “Artıq insanlar Kəlbəcərdədir, onlar bu torpaqlardan istifadə edir”

Britaniya səfiri: “Artıq insanlar Kəlbəcərdədir, onlar bu torpaqlardan istifadə edir”
# 31 may 2022 13:10 (UTC +04:00)

Kəlbəcər Azərbaycanın ən valehedici bölgələrindən biridir. Həqiqətən çox gözəldir.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

“Həmçinin xırdabuynuzlu heyvanları, inəkləri gördüm. Bu isə o deməkdir ki, artıq insanlar burdadır, onlar bu torpaqlardan istifadə edir. Eyni zamanda, infrastrukturu, çəkilən yolları, elektrik xətlərini qeyd edə bilərəm. Çox təsirlidir ki, bu infrastruktur qısa zamanda tikilib. Biz həm də tunellə tanış olduq. Düşünürəm ki, bu tunel çox vacibdir. Bu tunel Kəlbəcəri Azərbaycanın digər hissələrinə bağlayır”, - diplomat qeyd edib.

Səfir minalardan təmizlənmə prosesinə də toxunub və əlavə edib ki, Britaniya Azərbaycana bu məsələdə tez bir zamanda dəstək verib: “Bildiyiniz kimi, minalar məsələsi genişdir. Bu, həm də maarifləndirici kampaniyaların aparılması ilə bağlıdır. Biz UNİCEF-ə maliyyə dəstəyi verdik. Bərdədə, Tərtərdə, Füzulidə, Horadizdə və digər regionlarda bununla bağlı kampaniyalar aparıldı. Həmçinin UNDP vasitəsilə ANAMA-ya dəstək vermişik. Britaniyalı ekspertlər burada təcrübələrini paylaşıblar. Bütün bu proseslər davam edir”.

Zümrüd Paşkin

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR