Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Ferqus Ould

© APA | Ferqus Ould

# 17 noyabr 2022 12:55 (UTC +04:00)

Britaniya səfiri Ferqus Ould 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki, səfir bununla bağlı “Twitter”də Azərbaycan dilində paylaşım edib.

“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir. Bütün Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”, - diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR