Britaniya səfiri: "Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur"

Britaniya səfiri: "Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur"
# 01 oktyabr 2022 15:36 (UTC +04:00)

"Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur".

APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Gerqus Ould "Twitter"də bildirib.

"Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum. Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur", briyaniyalı diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR